Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 yaşlı yeniyetmə ölüb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Həmid Yarməmmədovun idarə etdiyi “VAZ 21043” markalı minik avtomobili Üçtəpə kəndindən Təzəkənd istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Murad Zamanovu vurub.
Yeniyetmə aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.