EN

Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqladı

Türkiyə Hözmüz boğazında vəziyyətin sabitləşməsi üçün iki strategiya təklif edib. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında ABŞ və İran arasında nüvə danışıqlarında mühüm məsələlərin tezliklə həll olunacağına ümid etdiyini bildirib. 

Fidan Yaxın Şərqdəki vəziyyətə toxunarkən qeyd edib ki, İslamabadda münaqişə tərəfləri – İran və ABŞ arasında danışıqlar yenidən başlayacaq və eyni zamanda bu danışıqlarda tərəflərin ortaq mövqeyə gələ bilmədiyi nüvə proqramı ilə bağlı müzakirələr aparılacaq. 

Türkiyənin aktiv vasitəçilik roluna toxunan H.Fidan deyib ki, Ankara danışıqlarda iştirak edən bütün tərəflər ilə təmasları davam etdirir və bölgədə atəşkəsin uzadılması istiqatində atılan addımları dəstəkləyir. 

"Biz ilkin olaraq, iki həftəlik atəşkəsi alqışlayırıq, lakin bunun yekun razılığa gəlmək üçün kifayət etmədiyini də bəyan edirik. Artıq atəşkəsin müddəti uzadılıb. 

Biz atəşkəsin davamlı olması üçün töhfə verməyə və bütün tərəfləri buna doğru addım atmağı təşviq verməyə çalışırıq", - deyən Fidan vurğulayıb ki, nüvə danışıqlarındakı irəliləyiş Hörmüz boğazı da daxil olmaqla daha geniş regional gərginliyi azalda bilər.

Türkiyənin XİN rəhbəri Hörmüz boğazında vəziyyətin sabitləşməsi üçün iki strategiya da təklif edib. 

“Birincisi, bölgədə əvvəlki status-kvo bərqərar olunmalıdır, yəni gəmilərin tam və sərbəst şəkildə keçidinə imkan verilməlidir. 

İkincisi, boğazla bağlı problemli məsələlərin həlli üçün birgə mexanizm tətbiq olunmalıdır. Əgər ABŞ və İran razılığa gələrsə və sülh əldə olunarsa, koalisiya boğazda texniki işlər həyata keçirə, o cümlədən minaların təmizlənməsi işləri apara bilər”, - deyən Fidan əlavə edib.

Sonda H.Findan diqqətə çatıdırıb ki, münaqişənin yenidən başlayacağı təqdirdə Ankara öz əvvəlki mövqeyini davam etdirəcək. 

Chosen
82
cebheinfo.az

1Sources