EN

Arda Güler Modriç və Kroosu geridə qoydu

İspaniyanın "Real Madrid" klubunda çıxış edən gənc ulduz Arda Gülər göstərdiyi performansla adını klubun tarixinə yazdırmağı bacarıb.

Fanat.Az xəbər verir ki, türkiyəli futbolçu "kral klubu"ndakı üçüncü mövsümündə 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu göstərici ilə Arda dünya futbolunun əfsanələri sayılan Luka Modriç və Toni Kroosu qabaqlayıb. Modriç 12 illik karyerası ərzində bu rəqəmə çata bilmədiyi halda, Kroos 10 illik "Real Madrid" karyerasında buna yalnız bir dəfə nail olub.

Cari mövsümdə ümumilikdə 50 matça çıxan 19 yaşlı pleymeyker 6 qol və 14 asistlik performansla komandanın əvəzolunmazlarından birinə çevrilib.

Chosen
64
fanat.az

1Sources