EN

Çomağa sürtülən baş -bayraq yandıranlar və ideoloji böhranın anatomiyası

Xalqın süzgəcindən keçib gələn hikmətli bir məsəl var: “Keçinin buynuzu qaşınanda başını çobanın çomağına sürtər”.

Bu gün Ermənistanın daxili siyasi mühitində baş qaldıran radikal şovinist meyllərə, küçə nümayişlərindəki aqressiyaya və nümayişkaranə şəkildə həyata keçirilən təxribatlara nəzər salanda, bu atalar sözü sadəcə bir xəbərdarlıq deyil, həm də mövcud siyasi reallığın güzgüsü kimi təzahür edir.

AzNews.az bu barədə Crossmedia-ya istinadən məlumat yayıb.

Regionda sülhün, iqtisadi kommunikasiyaların bərpasının və mehriban qonşuluq münasibətlərinin qurulması üçün tarixi şans yarandığı bir vaxtda, Ermənistandakı müəyyən qüvvələrin hələ də nifrət ritorikasından əl çəkməməsi onların gələcəyə deyil, keçmişin bataqlığına bağlı olduğunu göstərir.

Bayraq yandırmaq mənəvi və ideoloji iflasın göstəricisidi

Bayraq yandırmaq — siyasi mübarizə üsulu deyil, mədəniyyətsizliyin və dərin bir psixoloji məğlubiyyətin bariz göstəricisidir.

Münasibətlərin normallaşması prosesindən danışdığımız bir məqamda İrəvan küçələrində Türkiyə və Azərbaycan bayraqlarının hədəf seçilməsi sadəcə bir etiraz aksiyası deyil, Ermənistan cəmiyyətində kök salmış dərin ideoloji böhranın təzahürüdür.

Bayraq bir dövlətin ən müqəddəs atributu, bir xalqın tarixi yaddaşı və mənəvi kimliyidir. Ona uzanan əl, əslində həmin xalqın dəyərlərinə qarşı yönəlmiş bir təhqirdir.

Lakin unudulmamalıdır ki, simvolları yandırmaqla həmin simvolun təmsil etdiyi gücü və varlığı yox etmək mümkün deyil, bu hərəkət yalnız yandıran tərəfin mənəvi kiçikliyini ortaya qoyur.

Azərbaycan xalqının müasir tarixinə nəzər salsaq, 1989-1991-ci illərdə 70 illik SSRİ əsarətinə qarşı aparılan azadlıq mübarizəsində belə, xalqımız heç vaxt bu cür primitiv və qeyri-etik yollara əl atmadı.

Biz azadlığımızı başqa bir xalqın rəmzlərini təhqir edərək deyil, öz milli bayrağımızı ucaldıb ona sahib çıxaraq tələb etdik.Dövlətçilik ənənəsi və tarixi kökləri olan xalqlar yaxşı bilirlər ki, başqasının rəmzinə hörmətsizlik etmək "elit" və ya "qəhrəman" davranışı deyil.

Chosen
41
34
aznews.az

10Sources