AZ

İrəvanda gərginlik: Bayraq insidenti və Paşinyanın mövqeyi....

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İrəvanda keçirilən yürüş zamanı Türkiyə bayrağının yandırılması hadisəsi geniş rezonans doğurub.

Bu addım cəmiyyətdə və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan hadisəyə münasibət bildirərək bu cür davranışı qəbuledilməz və təxribat xarakterli adlandırıb. O, bu kimi addımların regionda gərginliyi artırdığını vurğulayıb. Hadisə bir daha göstərir ki, həssas siyasi mərhələdə belə təxribatlar münasibətlərə mənfi təsir göstərə bilər.

Türkiyəli politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mərhələdə belə faciəli hadisələr gözlənilə bilər. Çünki Ermənistan–Azərbaycan münasibətlərində qırılma nöqtəsi yaşanır.

“Məlum olduğu kimi, tezliklə seçkilər keçiriləcək. Ermənistan və Paşinyan bu beş illik dövrdə müharibədən sonra münasibətləri daha məntiqli və dinc şəkildə yaxşılaşdırmağa çalışarkən, xaricdə yaşayan müəyyən qüvvələr, məsələn, diaspor, kilsə və Qarabağ dəstələri adlandırılan müharibə tərəfdarları bu sülhün qarşısını almaq üçün əllərindən gələni edir və təxribatlar törədirlər. Bu hadisə də məhz belə təxribat kimi qiymətləndirilməlidir. Çünki hazırda Türkiyə və Azərbaycandan tələb olunan konstitusiya dəyişiklikləri, ərazi iddialarının aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi mühüm mərhələlərin yaşandığı dövrdəyik. Bu səbəbdən seçkilər böyük əhəmiyyət daşıyır və Paşinyan burada daha rasional və məntiqli xətti təmsil edir. Ona qarşı çıxanlar, xüsusən də ölkə xaricindəki erməni qrupları və ABŞ, Fransa və İsrailin dəstəklədiyi qüvvələr bu prosesi pozmağa çalışırlar. Bu, onların son çarəsiz mübarizəsidir”, – deyə politoloq bildirib.

Politoloq vurğulayıb ki, bu cür səylər uğursuz olacaq və heç kim Ermənistanla Azərbaycan arasında sülh prosesinin və yekun sülh müqaviləsinin qarşısını ala bilməyəcək.

“Aydındır ki, Paşinyan yaxın gələcəkdə seçkilərdə qalib gələcək və konstitusiyaya zəruri dəyişikliklər ediləcək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlər aradan qalxacaq. Ermənistan əhalisinin əhəmiyyətli hissəsi də bu yanaşmanı bölüşür. Türkiyə və Azərbaycan isə bu sülh prosesinin irəliləməsi üçün addımlar atır və Paşinyanın mövqeyini gücləndirməyə çalışır. Çünki əsas məqsəd Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasıdır”, – deyə Hüsamettin İnaç qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
34
bizimyol.info

10Mənbələr