EN

“Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla qarşılaşan və matçın başa çatmasına 4 saniyə qalmış məğlub olan millimizin baş məşqçisi Vitali Borisovun görüşlə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
futbolpress.az

1Sources