Dünyanın əksər ölkələrində paytaxt şəhərlər böyük və əhalisi sıx məskunlaşmış olur. Yalnız bir ölkə var ki, burada vəziyyət tam əksinədir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Karib dənizindəki kiçik Montserrat adasından (Böyük Britaniyanın dəniz ərazilərindən biri) gedir.
Xəritəni açıb baxsanız, paytaxtın Plimut olduğunu görəcəksiniz. Amma bu şəhərə getməyə çalışsanız, özünüzü nəhəng bir kül yığınının və bağlı yolların ortasında tapacaqsınız.
Plimut dünyada əhalisi olmayan, lakin rəsmi paytaxtı olan yeganə şəhərdir.
1995-ci ilÉ™ qÉ™dÉ™r Plimut Karib dÉ™nizinin É™n rÉ™ngarÉ™ng vÉ™ canlı liman ÅŸÉ™hÉ™rlÉ™rindÉ™n biri olub. Lakin minilliklÉ™r boyu hÉ™rÉ™kÉ™tsiz qalan “Soufrière Hills” vulkanı birdÉ™n oyanması vÉ™ aylarla davam edÉ™n püskürmÉ™lÉ™r nÉ™ticÉ™sindÉ™ ÅŸÉ™hÉ™r metrlÉ™rlÉ™ külün altında qalıb.
Belə demək mümkünsə, lava küçələri "udub" və yalnız binaların damlarını görünür.
Şəhərin hələ də niyə rəsmi olaraq paytaxt olması isə doğurur. Ada administrasiyası müvəqqəti olaraq şimaldakı Brades (Breyds)şəhərinə köçürülüb, lakin Plimutun "rəsmi paytaxt" statusu heç vaxt dəyişdirilməyib. Kağız üzərində Montserratın ürəyi hələ də o küllərin altında döyünür. Nə hökumət binaları, nə qubernatorluq ofisi, nə də insanlar var; amma rəsmi ünvan hələ də oradadır.
Plimut indi "qadağan olunmuş zona" adlanır. Vulkan hələ də aktiv olduğu üçün şəhərə girmək üçün xüsusi icazə tələb olunur. İçəri girməyi bacaranlar qorxunc bir mənzərə ilə qarşılaşırlar. Şəhərdə gəzərkən masalarda qalan qəhvə fincanları, kitabxana rəflərindəki tozlu kitablar və vulkan külündən çıxan küçə işıqları ilə qarşılaşmaq mümkündür. Şəhərin 80%-i tamamilə yerin altındadır. Orada insanların gördükləri binaların ikinci mərtəbəsidir.
Montserrat hökuməti bu faciəni maarifləndirmə məkanına çevirib. Bu gün dünyanın hər yerindən macəraçılar bu "kabus paytaxtını" sahildən qayıqla və ya uzaqdan şəxsi turlarla görməyə gəlirlər. Plimut insan sivilizasiyasının təbiətin gücü qarşısında nə qədər kövrək olduğunun ən konkret sübutudur.
BillurÉ™

