EN

Romantik davranışlar mənə xas deyil Burak Hakkı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli aktyor Burak Hakkı qatıldığı televiziya proqramında sevgi və münasibətlərə dair diqqət çəkən fikirlər səsləndirib.Demokrat.az xəbər verir ki, aktyorun açıqlamaları sosial mediada qısa zamanda geniş müzakirə mövzusuna çevrilib.O, özünü romantik biri hesab etmədiyini bildirib: “Qadınlar üçün ideal kişi deyiləm. Kənardan elə təsir bağışlasam da, romantik davranışlar mənə xas deyil. Daha çox məntiqlə hərəkət edirəm, emosiyalarla qərar vermək mənlik deyil. Empatiya hissim var, amma məsələn, həyatımda gül almaram – bu, daha çox kəpənəklər üçündür”.Aktyorun bu sözləri izləyicilər arasında fərqli fikirlərə səbəb olub.Məlumat üçün qeyd edək ki, Burak Hakkı Çanaqqalanın Gelibolu rayonunun Güneyli kəndində aldığı 35 min kvadratmetrlik ərazidə ferma yaradıb. Saroz körfəzi yaxınlığında yerləşən bu fermada o, həm yaşayış evi tikdirib, həm də müxtəlif meyvə-tərəvəz yetişdirir.Qeyd edək ki, aktyor 2001-ci ildə Sema Şimşek ilə ailə həyatı qurub. Cütlüyün 2008-ci ildə Rüzgar adlı oğlu dünyaya gəlib. Onlar 2012-ci ildə rəsmi olaraq ayrılıblar.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
demokrat.az

1Sources