EN

Sabah 20 yə çatdı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Sabah" Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın "Qarabağ"la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan "Sabah" qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qol vuran komanda "Qarabağ"dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
10
fanat.az

10Sources