İsrailin Baş naziri Binyamin Netanyahu ölkə ordusuna (İDF) Livandakı "Hizbullah" hərəkatının obyektlərinə güclü zərbələr endirmək barədə göstəriş verib.
Publika.az xəbər verir ki, Baş nazirin dəftərxanasının yaydığı məlumata görə, bu qərar regionda gərginliyin artdığı bir vaxta təsadüf edir.
Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs rejimini daha üç həftə müddətinə uzatmaq barədə razılığa gəldiyini bildirsə də, əsas problemin "Hizbullah" qruplaşması ilə bağlı olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, İran tərəfindən dəstəklənən bu təşkilat danışıqlara qarşı çıxır və ötən cümə günündən qüvvəyə minmiş ilkin razılaşmadan sonra hər iki tərəf onun şərtlərini dəfələrlə pozub.