AZ

Netanyahu İsrailin Livandakı hədəfləri vurmaq hüququna malik olduğunu bildirib

Bakı, 28 aprel, AZƏRTAC

İsrailin ABŞ və Livanla əldə etdiyi razılaşmaya və atəşkəsə baxmayaraq, ölkənin Livanın şimalında təhdidlərə qarşı mübarizə aparmaq hüququ var.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu bildirib.

Onun ofisinin yaydığı məlumata görə, Netanyahu deyib: “Biz həm təhlükəsizlik zonasında, həm də onun şimalında zərbələr endiririk. Yaranan təhdidlərə qarşı mübarizə aparmaq üçün hərəkət azadlığımız var. Bu, ABŞ və Livan hakimiyyəti ilə əldə etdiyimiz razılaşmanın bir hissəsidir”.

Xatırladaq ki, aprelin 17-də Livan və İsrail on günlük atəşkəs barədə razılığa gəliblər.

Seçilən
1
50
azertag.az

10Mənbələr