EN

Nevroloq demensiyadan qorunmağın ən sadə yolunu açıqladı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həkimlərin son araşdırmaları göstərir ki, beyin sağlamlığını qorumaq üçün həyat tərzində edilən kiçik dəyişikliklər belə böyük fərq yaradır. Nevroloq-psixiatr Polina Vaxromeyeva demensiya riskini minimuma endirməyin yollarını açıqlayıb.Demokrat.az xəbər verir ki, həkim ilk növbədə psixoemosional vəziyyətə nəzarət etməyin vacibliyini vurğulayır. Əsassız narahatlıq və xroniki stress beyin hüceyrələrini zədələyən əsas amillərdən biridir. Bu səbəbdən emosional gərginlik yarandıqda vaxtında peşəkar dəstək almaq lazımdır.Yuxu rejimi beyin sağlamlığının bərpası üçün həlledici rol oynayır. Beynin gün ərzində topladığı informasiyanı emal etməsi və toksinlərdən təmizlənməsi üçün yuxunun bütün təbii mərhələlərindən keçmək şərtdir. Yuxusuzluq birbaşa koqnitiv funksiyaların zəifləməsinə yol açır.Fiziki aktivliklə zehni əməyin növbəli şəkildə tənzimlənməsi də yaddaşı gücləndirən amillər sırasındadır. Açıq havada müntəzəm gəzintilər və həftədə bir neçə dəfə edilən kardio məşqlər sinir sistemini möhkəmləndirir.Qidalanma vərdişləri də diqqətdən kənarda qalmamalıdır. Şəkərli, yağlı və qızardılmış yeməklərin məhdudlaşdırılması, balanslı rasiona keçid beynin qocalma prosesini ləngidir. Eyni zamanda gün ərzində kifayət qədər su qəbul etmək hüceyrə səviyyəsində mübadiləni təmin edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
64
demokrat.az

1Sources