EN

Fransa silahlanmanı sürətləndirir: Hərbi istehsal artırılır

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Le Journal du Dimanche" qəzetinə müsahibəsində danışıb.

Generalın sözlərinə görə, Fransa aviasiyasının müxtəlif əməliyyatlarda geniş istifadəsi texnikanın daha tez köhnəlməsinə səbəb olur. O qeyd edib ki, 2030-cu ildən sonrakı dövrü əhatə edəcək yeni hərbi planlaşdırma qanunu istehsal həcmlərinin artırılmasına imkan verməlidir.

Jerom Bellanje bildirib ki, Fransa hərbi texnika vasitələrindən heç vaxt bu qədər fəal istifadə etməyib. Təxminən bir ay əvvəl qırıcı təyyarələrin demək olar ki, 80 faizi döyüş hazırlığının gücləndirilməsi tapşırıqlarına cəlb olunub.

O əlavə edib ki, 2024-2030-cu illəri əhatə edən və hərbi büdcənin 36 milyard avroya qədər artırılmasını nəzərdə tutan mövcud proqram çərçivəsində zenit-raket komplekslərinin modernləşdirilməsi, "Airbus A400M" tipli təyyarələrin sayının artırılması, raket ehtiyatlarının bərpası və əməliyyat hazırlığının gücləndirilməsi planlaşdırılır.

Hazırda Fransa Hərbi Hava-Kosmik Qüvvələrinin arsenalında 21 ədəd "A400M" təyyarəsi var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
1
cebheinfo.az

2Sources