EN

Müəllim Trampı Reyqana güllə atılan oteldə öldürməyə cəhd edib

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi ABŞ prezidenti Trampa sui-qəsd cəhdi olub. 

Azpost.info Vaşinqtonda atışmadan sonrakı ilk saniyələrdə Tramp və Vensin təxliyə edildiyi anların görüntülərini təqdim edir:

İndiyə qədər hadisənin əsas məqamları:

— Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı Vaşinqton Hilton Otelinin foyesində atəş səsləri eşidilib.

— Şahidlərin sözlərinə görə, ümumilikdə 6-8 səs-küylü atəş səsi eşidilib.

—  31 yaşlı Kaliforniyalı müəllim Kol Tomas Allenin atəş açdığı bildirilirib. O, ov tüfəngi ilə silahlanmış və Trampın artıq orada olduğu zala girməyə cəhd edib.

— Hücumçu saxlanılmadan əvvəl Məxfi Xidmət zabitini vurmağı bacarıb.

— ABŞ administrasiyasının heç bir rəsmisi xəsarət almayıb; hamı tez bir zamanda zaldan təhlükəsiz yerə təxliyə edilib.

— Tramp zala qayıtmağı və tədbiri davam etdirməyi planlaşdırsa da lakin sonradan təhlükəsizlik xidmətinin təkidi ilə dərhal qəbulu tərk etdiyini açıqlayıb.

— ABŞ prezidenti Ağ Evdən mətbuat konfransı keçirərək binanın kifayət qədər təhlükəsiz olmadığını bildirib və atəş açan şəxsi “xəstə, dəli adam” adlandırıb.

— Donald Trampla bağlı bugünkü hadisə Ronald Reyqanın 1981-ci ildə vurulduğu eyni oteldə baş verib. ABŞ prezidenti atışma zamanı ağır yaralanıb – güllə onun ağciyərini deşib.

https://azpost.info/wp-content/uploads/2026/04/document_5433714833004471710.mp4

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
5
azpost.info

8Sources