Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, derbi öncəsi hər iki komandada itkilər var. “Neftçi”də Breno Almeyda cəzalı olduğu üçün bu görüşü buraxacaq. Eyni səbəbdən baş məşqçi Yuri Vernidub və köməkçisi Dmitro Kara-Mustafa texniki zonada olmayacaqlar.
Zədəli Bassalu Sambu isə sağalıb.
“Qarabağ”da isə zədəli Bəhlul Mustafazadə ilə əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə Abbas Hüseynov meydana çıxmayacaq.
Qeyd edək ki, aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.