EN

Ağ Evdəki gərgin gecənin təfərrüatları Silahlı şəxsin kimliyi açıqlandı FOTO

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və digər yüksək vəzifəli şəxslərin Ağ Ev müxbirlərinin şam yeməyində iştirak etdiyi bal zalının qarşısında atəş açan şübhəli ilə bağlı təfərrüatlar ortaya çıxıb.

"Ölkə.az" xəbər verir ki, silahlı şəxs Məxfi Xidmət agentini ən azı bir güllə ilə vurub, lakin agenti güllə keçirməyən jilet xilas edib və yaxşı vəziyyətdə olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının mənbələri tərəfindən CBS News-a bildirilib ki, şübhəli şəxs Kaliforniyanın Torrance şəhərindən olan 31 yaşlı Koul Allendir və o hadisə yerində saxlanılıb. 

İki mənbə bildirib ki, o Tramp administrasiyasının rəsmilərini güllələmək istədiyini deyib. 

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, hadisə zamanı ümumilikdə beş-səkkiz dəfə atəş açılıb.      

Gecə saatlarında keçirilən mətbuat konfransında DC Metropolitan Polis Departamentinin müvəqqəti rəisi Jeff Carroll, şübhəlinin Washington Hilton Otelində keçirilən şam yeməyinin qarşısındakı təhlükəsizlik məntəqəsinə hücum etməyə cəhd edərkən ov tüfəngi, tapança və çoxlu bıçaqla silahlandığını qeyd edib.

Prezident Tramp sosial mediada şübhəlinin fotosunu paylaşıb.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
olke.az

2Sources