EN

Tramp: Prezidentlik çox təhlükəli peşəymiş...

ABŞ prezidenti: Sui-qəsdlər barədə mənə xəbərdarlıq edilsəydi, bəlkə də prezidentliyə namizəd olmazdım...

ABŞ lideri atışma hadisəsindən sonra keçirilən mətbuat konfransında prezidentlik işinin təhlükələrindən danışıb.

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş vermiş atışma hadisəsindən sonra Ağ Evdə mətbuat konfransı keçirib. Mətbuat konfransında bildirib ki, gələcək sui-qəsdlər barədə ona əvvəlcədən xəbərdarlıq edilsəydi, bəlkə də prezidentliyə namizəd olmazdı.

“Heç kim mənə bu işin bu qədər təhlükəli olduğunu deməyib. Əgər Marko mənə desəydi, bəlkə də mən prezidentliyə namizəd olmazdım. Bəlkə də geri çəkildiyimi söyləyərdim. Xeyr, bu təhlükəli işdir, amma mən bu barədə düşünmürəm. Dinləyin, mən öz işimi görmək üçün buradayam. İşin bir hissəsi kimi, bu təhlükəlidir. Mən bundan daha təhlükəli bir peşə təsəvvür edə bilmirəm. Amma mən öz ölkəmi sevirəm və onunla çox qürur duyuram. Bizim gördüyümüz işlərlə çox qürur duyuram. Görürsünüz nə baş verdi? Bizim əla ölkəmiz var”, deyə Tramp jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Tramp bu sözləri Vaşinqton Hilton otelində keçirilən Ağ Evin Mətbuat Assosiasiyasının şam yeməyində baş vermiş silahlı hücumdan sonra söyləyib. Həmin hadisə zamanı Gizli Xidmətin bir əməkdaşı yaralanmışdı. “Marko” ilə kimin nəzərdə tutulduğu dəqiqləşdirilməsə də, Trampın tez-tez müraciət etdiyi yaxın məsləhətçilərindən birindən bəhs etdiyi ehtimal olunur.

Poliqon.info

Chosen
29
6
poliqon.info

8Sources