EN

Xetaq Qazyumov ilin ən yaxşı məşqçisi seçilib

Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ötən il millimiz X.Qazyumovun rəhbərliyi altında Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub. Bu uğurları yüksək qiymətləndirən Avropa Güləş İttifaqı (UWW Europe) millimizin baş məşqçisini ilin ən yaxşı məşqçisi seçib.

Bu münasibətlə Avropa Güləş İttifaqının prezidenti Karl-Martin Dittmann Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında X.Qazyumova xüsusi mükafatı təqdim edib.

Chosen
20
18
xalqqazeti.az

10Sources