EN

İranın "kölgə donanması"na məxsus gəmi saxlanıldı

ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb.

Pulika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxil olan "Sevan" gəmisindən gedir.

Hərbçilərin bildirdiyinə görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Pinckney" esminesindən qalxan helikopter vasitəsilə ələ keçirilib. Hazırda gəmi ABŞ qüvvələrinin müşayiəti ilə İrana qayıtmaq əmrinə tabe olur.

Chosen
36
2
publika.az

3Sources