Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-İran müharibəsinin başlaması və Hörmüz boğazının bağlanmasından sonra dünyanın bir çox ölkəsində benzin qiymətlərində ciddi artım qeydə alınıb.Bizim.Media xəbər verir ki, yayılan infoqrafikdə fevralın 23-dən aprelin 13-dək benzin qiymətlərinin ən çox artdığı 20 ölkə göstərilib.Məlumata görə, ən böyük bahalaşma Myanmada qeydə alınıb. Bu ölkədə benzin qiyməti 101,1 faiz artaraq orta hesabla 1 litr üçün 1,58 dollara çatıb.İkinci yerdə Filippin qərarlaşıb. Burada benzin 72,6 faiz bahalaşıb və orta qiymət 1 litr üçün 1,61 dollar olub.Malayziyada qiymət artımı 68,1 faiz təşkil edib. Bu ölkədə benzinin orta qiyməti 1 litr üçün 1,07 dollar göstərilir.Siyahıda Laos, Zimbabve, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Kamboca, Nepal və Panama da ilk onluqda yer alıb.İnfoqrafikə əsasən, ABŞ-da da benzin qiymətlərində 35,1 faizlik artım qeydə alınıb. Burada orta qiymət 1 litr üçün 1,18 dollar təşkil edib.Həmçinin Qvatemala, Tanzaniya, Peru, Malavi, Yeni Zelandiya, Şri-Lanka, Livan, Lesoto və Hondurasda da yanacaq qiymətlərində ciddi bahalaşma baş verib.Qeyd olunur ki, göstəricilər “Octane-95” markalı benzin və ona ekvivalent yanacaq növləri üzrə hesablanıb. Məlumatlar 2026-cı il aprelin 13-nə olan vəziyyəti əks etdirir.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.