EN

İsrail qırıcıları Hizbullah ın obyektlərini BOMBALADI

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib.

Redaktor.az "Elnashra" portalına istinadən xəbər verir ki, hava reydləri Əli-Tahir yüksəklikləri və Zautar-əş-Şərqiyə yaşayış məntəqəsinin ətraf ərazilərinə təşkil olunub.

Aviabombardmanların nəticələri barədə hələlik məlumat verilmir. Gecə saatlarında İsrail aviasiyası şiə dəstələrinin qalası hesab edilən Livanın cənub bölgələrini intensiv bombardman edib. Hücumlar İsrailin Baş naziri Benyamin Netanyahunun orduya "Hizbullah"ın Livandakı obyektlərinə "güclü zərbələr" endirmək göstərişi verməsindən sonra başlayıb.

Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin cənubunda atəşkəsin qüvvəyə mindiyi aprelin 17-dən bəri İsrail qüvvələri atəşkəs rejimini 200 dəfədən çox pozub. "Hizbullah" isə buna cavab olaraq doqquz dəfə İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları buraxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
39
redaktor.az

10Sources