EN

Rusiya Avropa üçün “nümunəvi düşmən”ə çevrilib Peskov

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın təhlükəsizlik sistemi və Rusiya-Avropa münasibətləri barədə mühüm bəyanatlarla çıxış edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Vesti" xəbər agentliyinin əməkdaşı Pavel Zarubinə müsahibəsində bildirib.

Peskov qeyd edib ki, Rusiyanın iştirakı və maraqları nəzərə alınmadan hər hansı bir Avropa təhlükəsizlik arxitekturası təsəvvür edilə bilməz.

Qeyd olunub ki, Peskov hazırkı siyasi vəziyyəti "məyusedici" adlandırıb: "Yalnız ümid etmək olar ki, bu siyasətçilər qrupu nəticədə daha praqmatik düşüncəli siyasətçilərə yol verəcək. Amma hələlik mənzərə tamamilə məyusedicidir".

Məlumata görə, mətbuat katibi Rusiyanın Qərb təbliğatında süni şəkildə "düşmən" obrazına çevrildiyini vurğulayıb. O bildirib ki, böyük və güclü Rusiya daxili problemləri ört-basdır etmək üçün Avropa təbliğatı üçün "nümunəvi xarici düşmən"dir.

Açıqlamada o da qeyd edilib ki, Avropa hakimiyyəti öz daxili uğursuzluqlarını daim Rusiyanın üzərinə yıxa bilməyəcək. Peskovun sözlərinə görə, Rusiya Avropanın ayrılmaz hissəsidir və buna görə də qitə üçün əsas təhlükə mənbəyi ola bilməz.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
1
redaktor.az

2Sources