EN

Gəncədə zəncirvari qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai”, “Mercedes ” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
106
13
konkret.az

10Sources