EN

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ 2104" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
124
13
day.az

10Sources