Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 33-cü dəqiqəsində Ağdam klubunun heyətində Musa Qurbanlı dubl edib - 2:1.
19:27
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 21-ci dəqiqəsində Bakı təmsilçisinin heyətində Elvin Bədəlov fərqlənib - 1:1
19:14
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 9-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı diqqət mərkəzinə düşüb - 1:0.
19:00
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş saat 19:00-da start götürüb.
Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.