EN

Mahmud Abbas tərəfdarları Fələstində yerli seçkilərdə qalib gəlib

Qəzza zolağında 2006-cı ildən bəri ilk dəfə keçirilən seçkilərdə FƏTH-in dəstəklədiyi namizədlər üstünlük qazanıb…

Poliqon xəbər verir ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın tərəfdarları yerli seçkilərdə qələbə qazanıblar. Səsvermə həm İordan çayının qərb sahilində, həm də HƏMAS-ın nəzarət etdiyi Qəzza zolağındakı bəzi şəhərlərdə keçirilib.

Bu, Qəzza zolağında 2006-cı ildən sonra keçirilən ilk seçkilər kimi diqqət çəkib. HƏMAS seçkiləri boykot etsə də, prosesdə FƏTH partiyasını və Mahmud Abbası dəstəkləyən namizədlər üstün nəticə göstəriblər.

Seçici fəallığı isə aşağı səviyyədə olub. Məlumata görə, Qəzzada seçicilərin 23 faizi, İordan çayının qərb sahilində isə 56 faizi səsvermədə iştirak edib.

Qəzza zolağında yerləşən Deyr əl-Bələh şəhərində FƏTH-in dəstəklədiyi siyahı 15 yerdən 6-nı qazanaraq seçkilərdə önə çıxıb. Bu nəticə Fələstin daxilində siyasi qüvvələr nisbəti baxımından mühüm göstərici kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
72
poliqon.info

1Sources