Sui-qəsd cəhdindən sonra keçirilən şam yeməyində onun soyuqqanlı görünüşü sosial şəbəkələrdə müxtəlif iddialar yaradıb…
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla şam yeməyində iştirak edən FTB rəhbəri Keş Patelin sui-qəsd təlaşında sakit davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Hadisədən sonra ətrafdakıların gərgin olduğu bir vaxtda onun özünü son dərəcə təmkinli aparması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri FTB rəhbərinin sanki sadəcə nahar üçün gəlmiş kimi sakit görünməsini müxtəlif cür şərh ediblər.
Bu davranış internetdə sui-qəsd cəhdi ilə bağlı konspirasiya nəzəriyyələrinin yayılmasına da səbəb olub. Bəzi istifadəçilər hadisənin “qurama” olub-olmadığını sorğulamağa başlayıblar.
Bununla belə, bu iddiaların heç biri rəsmi şəkildə təsdiqlənməyib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Poliqon.info