AZ

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton otelində təşkil olunan şam yeməyinə hücum etməkdə şübhəli bilinən Kol Tomas Allen Prezident Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub.

Publika.az xəbər verir ki, o, aprelin 27-də Vaşinqtondakı federal məhkəmə qarşısına çıxarılıb.

Hakim Metyu Şarbo 3 maddə üzrə ittiham elan edib. O, zorakılıq cinayəti zamanı odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə ştatlararası ticarətdə odlu silah daşıma və ABŞ Prezidentinə sui-qəsd cəhdi maddələri üzrə mühakimə olunacaq. Allen məhkəmədən onun üçün vəkil təyin etməsini istəyib.

Seçilən
7
14
publika.az

10Mənbələr