EN

Naxçıvanda yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

Naxçıvan, 27 aprel, AZƏRTAC

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.

Belə ki, “67-BG-445” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1 nəfər - 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu dünyasını dəyişib. Avtomobildə olan 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu, 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu və 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Müxbir- Nail Əsgərov

Chosen
50
10
azertag.az

10Sources