EN

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, AFAD tərəfindən yayılan məlumata görə, Türkiyənin Muş vilayətində 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 26 aprel yerli vaxtla saat 19:48-də baş verib.

Qurumun açıqlamasında bildirilib ki, zəlzələnin ocağı 15.56 kilometr dərinlikdə yerləşib. Digər tərəfdən, Kandilli Rəsədxanası isə zəlzələnin dərinliyini 5 kilometr olaraq açıqlayıb.

Hazırda hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.

Chosen
65
3
ekologiya.az

4Sources