EN

Suraxanıda növbəti məhəllə abadlaşdırıldı

Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alıb, qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir.

Publika.az xəbər verir ki, aprelin 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi məhəllə 14/15 ünvanda yeni təmir olunmuş məhəllənin açılışı olub.

Açılışda RİH başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, RİH başçısının müavinləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.

Ümumi sahəsi 485 m² olan ərazidə aparılan geniş abadlıq və yenidənqurma işləri çərçivəsində sakinlərin rahat istirahəti üçün müasir infrastruktur yaradılıb.

Belə ki, ərazidə 800 m² asfalt örtüyü salınıb, 325 m² daş döşəmə və 90 m beton örtüyü çəkilib. 190 metr bordür düzülüb, həmçinin 8 m² daş örtük işləri görülüb və 24 metr dəmir barmaqlıqlar quraşdırılıb.

Chosen
30
3
publika.az

6Sources