ABŞ ilə İran arasında gərginlik son günlər daha da artıb.
QHT.az xəbər verir ki, beynəlxalq mediada yayılan məlumatlara görə, tərəflər arasında münasibətlərin kəskinləşməsi fonunda Hörmüz boğazı ətrafında mümkün hərbi ssenarilər müzakirə olunur. Ekspertlər bildirirlər ki, bu strateji ərazidə baş verə biləcək hər hansı toqquşma qlobal enerji bazarına ciddi təsir göstərə bilər.
Eyni zamanda, regionda təhlükəsizlik risklərinin artdığı və vəziyyətin diqqətlə izlənildiyi qeyd olunur.
Rəhimova Nigar