EN

Oktyabrdan çıxdığımız yoldan ayrıldım

ain.az, Axsham.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, "Maska" şousunda ötən gün "Cücə" obrazının kimliyi bəlli olub. Aparıcı Saleh Bağırov canlandırdığı obrazla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, şouya başladığı hekayədən yazıb:

"Bu da son. Mən cücəni, cücə də məni sevdi. İkimiz də sizi sevindirməyə, sevginizi qazanmağa çalışdıq. Məncə nail olduq. Oktyabrdan Cücəylə başladığımız hazırlıq, çıxdığımız yol ayrılır. Səni həmişə gözəl xatırlayacağam. Neçə-neçə iri, maraqlı, beynəlxalq layihələrdə iştirakım olub. Amma "Maska"dakı təcrübə və yaşadıqlarımı, uşaqlaşıb sanki böyük bayramın iştirakçısı olmağımı heç nə ilə müqayisə etmərəm. İlk çıxışımdan bütün maskalardan fərqli olaraq məni həmən tanımağınız, cücə maskasında məhz mənim olma ehtimallarınız əslində məni sevindirdi.

Bilirsiniz niyə? Deməli məni çox yaxşı tanıyırsınız və nə etsəm də, hətta texnika belə səsimi dəyişməyə, sizi çaşdırmağa qadir deyil. Sözün hər mənasında bu inanılmaz emosiya, hisslər, ömürlük qalacaq təəssüratlardır".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
axsam.az

1Sources