EN

Belə plastikləri dərhal atın Zəhər saçır

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Lester Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma plastik məhsulların rəngi ilə onların parçalanma sürəti arasındakı qorxunc əlaqəni üzə çıxarıb. "Environmental Pollution" nəşrində dərc olunan nəticələr istehsalçıları və pərakəndə satıcıları parlaq rəngli plastiklərdən imtina etməyə çağırır.Demokrat.az xəbər verir ki, tədqiqatçılar üç il ərzində müxtəlif rəngli butulka qapaqlarını açıq hava şəraitində saxlayaraq onların vəziyyətini müşahidə ediblər. Məlum olub ki, qırmızı, mavi və yaşıl rəngli plastik məhsullar qısa müddətdə kövrəkləşərək mikroplastiklərə parçalanmağa başlayır. Bunun əksinə olaraq qara, ağ və gümüşü rəngli məhsullar demək olar ki, ilkin vəziyyətini qoruyub saxlayır.Mütəxəssislər bildirir ki, hətta buludlu və sərin hava şəraitində belə parlaq rəngli plastiklərin dağılma prosesi sürətlə gedir. Bu, oyuncaqlar, bağ mebelləri və su qabları kimi gündəlik istifadə olunan əşyaların ətraf mühit üçün daha böyük təhlükə yaratdığı deməkdir. Elm adamları istehsalçıları daha davamlı olan neytral rənglərdən istifadə etməyə səsləyir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
demokrat.az

1Sources