EN

Bakıda yolu köndələn keçən qadını avtomobil vurdu: Dəhşətli qəzanın VİDEOSU

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Nizami rayonu, "Koroğlu" metro stansiyasının yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən, köndələn keçən qadını avtomobil vurub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir:

"Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır.

Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın.

Çünki yolda təhlükəsizlik hər kəsin özündən başlayır", - məlumatda vurğulanıb.

https://t.me/oxuaze/180668

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
23
cebheinfo.az

10Sources