BAKI, 27 aprel. TELEQRAF
Macarıstanın keçmiş lideri Viktor Orbanın seçki məğlubiyyətindən sonra ona yaxın olan zəngin şəxslərin öz sərvətlərini ölkə xaricinə çıxarmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, Viktor Orbanın 16 illik hakimiyyətinin sona çatması Macarıstanda yeni iqtisadi hərəkətliliyə səbəb olub. Ölkənin yeni Baş naziri Peter Madyar məsələ ilə bağlı açıqlamasında keçmiş iqtidara yaxın olan şəxslərin hesab verməkdən qaçdıqlarını bəyan edib.
Qeyd edək ki, Macarıstanın yeni hökuməti ölkədə korrupsiya və nepotizm kəskin mübarizə aparacağına dair vəd verib.