İspaniyanın "Real" klubu Fransa təmsilçisi PSJ-də çıxış edən Senni Meyulunu heyətinə qatmaq istəyir.
"Far.Az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, madridlilər 19 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
İlk olaraq "Kral klubu"nun hücumçusu Kilian Mbappe klub rəhbərliyinə oyunçunu tövsiyə edib.
Gənc futbolçu cari mövsüm bütün yarışlarda 35 oyuna 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.