EN

ABŞ kəşfiyyatında ilk: Hesabatları süni intellekt hazırlayacaq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) xarici ölkələrə məxsus məxfi məlumatları təhlil etmək və kəşfiyyat hesabatları yazmaq üçün süni intellektdən istifadəyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə MKİ-nin direktor müavini Maykl Ellis məlumat yayıb.

Onun sözlərinə görə, qurumun 78 illik tarixində ilk dəfə olaraq süni intellekt məlumatları təhlil etməyə və hesabatlar yazmağa başlayıb.

"MKİ bir neçə il ərzində süni intellekti təhlil proseslərinin mərkəzinə qoyacaq. Bu, gizli sistemlər üçün hazırlanmış bir növ generativ süni intellekt olacaq. Bu sistemlər kəşfiyyat analitiklərinə əsas vəzifələrdə kömək etmək üçün nəzərdə tutulub. Bunlara kritik qiymətləndirmələrin hazırlanması, nəticələrin sınaqdan keçirilməsi və böyük məlumat axınları daxilində tendensiyaların müəyyən edilməsi daxildir”, - deyə Ellis bildirib.

O qeyd edib ki, son qərarlar yenə də həmişə insanlar tərəfindən veriləcək.

Chosen
10
publika.az

1Sources