EN

Qırğızıstan hökuməti Qərbin sanksiyaları ilə bağlı göstəriş verdi

BAKI, 27 aprel. TELEQRAF

Qırğızıstan Nazirlər Kabineti müvafiq dövlət qurumlarına Qərbin ölkəyə tətbiq etdiyi sanksiyaların təsirini minimuma endirmək üçün tədbirlər görməyi tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat verib.

Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımalıyev beynəlxalq sanksiyaların tətbiqi ilə bağlı işçi görüş keçirib. Görüşün yekunları üzrə dövlət qurumlarına mənfi nəticələrin minimuma endirilməsinə və Qırğızıstan şirkətlərinin Qərbin sanksiya siyahılarından çıxarılması üçün kompleks tədbirlərin hazırlanmasına yönəlmiş müvafiq tapşırıqlar verilib.

Chosen
37
teleqraf.com

1Sources