EN

İzdihamlı məhkəmə Ölən uşaqların ataları qatillə üzləşir (VİDEO)

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Suriyada 15 il əvvəl uşaqlara işgəncə verərək xalqın ayağa qalxmasına səbəb olan rejim məmuru tutulub və o, hazırda Əsəd ailəsi ilə birlikdə ağır cinayətlərə görə mühakimə edilir.Demokrat.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə yerləşən Ədalət Sarayında Dera şəhərinin Siyasi Təhlükəsizlik İdarəsinin keçmiş rəisi Atıf Nəcibin məhkəməsi başlayıb.Məhkum libasında gətirilən Nəcib 2011-ci ildə azyaşlı məktəblilərə işgəncə verərək öldürməkdə və ölkədə genişmiqyaslı iğtişaşların başlamasına səbəb olmaqda ittiham edilir.Maraqlıdır ki, bu prosesdə təkcə Nəcib deyil, devrilmiş diktator Bəşər Əsəd, qardaşı Mahir Əsəd və hətta 2000-ci ildə vəfat etmiş Hafiz Əsəd də qiyabi olaraq mühakimə olunur.Məhkəmənin növbəti iclasının 10 may tarixində keçirilməsi planlaşdırılır.

 

İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
demokrat.az

1Sources