Bakı.Trend:
Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-16° isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununayüksələcək. Nisbi rütubət 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı,şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyiehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyibəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 8-12° isti, gündüz 15-20° isti, dağlardagecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
Xəbər yenilənəcək