Camera Di Commercio İtalo-Azera MMC, Şərq Alpe-Adria Business Center MMC və Baltic Caspian Bridge MMC-lər bu gündən ləğv olunduqlarını elan ediblər.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hər üç şirkətin qanuni təmsilçisi Fərahim Rzayevdir. Qeyd edək ki, 2009-cu ildə dövlət qeydiyyatına alınan Camera Di Commercio İtalo-Azera MMC və Baltic Caspian Bridge MMC-nin nizamnamə kapitalı 10 manatdır. 2010-cu ildə qeydiyyata alınan Şərq Alpe-Adria Business Center MMC-nin isə kapitalı 20 manatdır.