AZ

İş adamının 3 şirkəti ləğv olunur

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Camera Di Commercio İtalo-Azera MMC, Şərq Alpe-Adria Business Center MMC və Baltic Caspian Bridge MMC-lər bu gündən ləğv olunduqlarını elan ediblər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hər üç şirkətin qanuni təmsilçisi Fərahim Rzayevdir.

Qeyd edək ki, 2009-cu ildə dövlət qeydiyyatına alınan "Camera Di Commercio İtalo-Azera" MMC və "Baltic Caspian Bridge" MMC-nin nizamnamə kapitalı 10 manatdır.

2010-cu ildə qeydiyyata alınan "Şərq Alpe-Adria Business Center" MMC-nin isə kapitalı 20 manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
4
axar.az

5Mənbələr