EN

Xaybullayev "Neftçi"də?

Azərbaycan millisinin üzvü, "Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayevin karyerasını "Neftçi"də davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, top almaq, rəqib hücumlarının qarşısını kəsmək bacarığı ilə də seçilən milliləşdirilmiş dağıstanlının "ağ-qaralar"a qoşulması planlaşdırılmır.

Belə ki, "Neftçi" hazırda bu keçidi reallaşdırmaq barədə düşünmür. Cari mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilib-bilməyəcəyi dəqiqləşməyən Bakı təmsilçisi istəyinə çatsa belə, Xaybullayev klubun əsas transfer hədəflərindən biri olmayacaq.

Toğrul

Chosen
11
fanat.az

1Sources