EN

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub (FOTO)

Bakı.Trend:

Sahibkarlarla keçirilmiş görüşdə heyvandarlığın inkişafı,güzəştli kreditlərin alınması, satımalmalarda KOB-ların iştirakı,tikiş müəssisəsinə peşəkar mütəxəssislərin cəlb edilməsinə dəstəkməsələləri müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vəİsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləİsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib. Məqsəd rayondasahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif vəehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstəkmexanizmləri barədə onların məlumatlandırılmasıdır.

Tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıqsahələrində fəaliyyət göstərən 70-ə yaxın biznes subyekti, eləcə dəsahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarınınnümayəndələri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniMahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovregionda sahibkarlığın inkişafı, dövlətin dəstək mexanizmləri vəbiznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərbarədə məlumat veriblər. Bildirilib ki, İsmayıllı rayonunda dağlıqvə dağətəyi ərazilərin üstünlük təşkil etməsi kənd təsərrüfatı vəturizm üçün əlverişli şərait yaradır. Bağçılıq, üzümçülük,taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik İsmayıllınıniqtisadi profilini formalaşdıran aqrar sahələrdir. Emal yönümlüistehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalıüzərində formalaşıb, rayonda sənaye və ticarət sahələri də inkişafedir.

Qeyd edilib ki, rayonun mövcud imkanlarından istifadə etməkləaqrar məhsulların toplanması, saxlanması, emalı və digər regionlaradaşınması istiqamətində biznes təşəbbüslərinin inkişaf etdirilməsi,yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçünkiçik emal və xidmət təşəbbüslərinə üstünlük verilməsi, müasirtexnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi iləməhsuldarlığın artırılması, sahibkarlar arasında əməkdaşlığıngenişləndirilməsi və dövlətin mövcud dəstək mexanizmlərindən fəalistifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə və yeniimkanların yaranmasına xidmət edəcəkdir.

Görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinədəstək, güzəştli kreditlərin alınması, satımalma prosesindəKOB-ların iştirakı, tikiş müəssisəsinə mütəxəssislərin cəlbedilməsinə dəstək və s. kimi istiqamətlərdə müraciətləridinlənilib, sualları cavablandırılıb.

İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
Məqalədə:
Chosen
31
5
az.trend.az

6Sources