EN

Britaniyada İran böhranı ilə bağlı fövqəladə “Cobra” iclası KEÇİRİLƏCƏK

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Böyük Britaniyada İran ətrafında yaranan gərginliyin mümkün təsirləri ilə bağlı fövqəladə iclas keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer açıqlama verib.

Bildirilib ki, Starmer çərşənbə axşamı “Cobra” adlı fövqəladə hallara cavab komitəsinin iclasına sədrlik edəcək.

Qeyd olunub ki, o, çıxışı zamanı İran münaqişəsinin yaratdığı təsirlərin müzakirə ediləcəyini deyib.

Məlumata görə, Baş nazir həmçinin Böyük Britaniya Bankının nümayəndələrinin də iclasa cəlb olunacağını bildirib.

Bildirilib ki, Starmer böhran şəraitində hökumətin işçilərin və vətəndaşların yanında olacağını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
redaktor.az

2Sources