EN

Azərbaycan ilə Ukrayna arasında enerji əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti RövşənNəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy iləgörüşüb.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

"Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsindəəməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusdaSOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.

Söhbət zamanı şirkətlər arasında mövcud əməkdaşlığın carivəziyyətinə, inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğurandigər məsələlərə dair fikir mübadiləsi aparılıb", - məlumatda qeydedilib.

Qeyd edək ki, “Ukrnafta” ASC Ukraynanın ən böyük neftistehsalçısıdır. Şirkətin strukturu iki biznes bölməsindən –“Ukrnafta East” və “Ukrnafta West” – ibarətdir. Bu bölmələrə altıneft-qaz hasilatı idarəsi və üç qaz emalı zavodu daxildir. Bundanəlavə, neft sənayesi üçün tam xidmətlər spektri təqdim edən NeftServisləri Bölməsi və kəşfiyyat və hasilat qazma işləri ilə məşğulolan “Ukrnafta Drilling Division” fəaliyyət göstərir.

“Ukrnafta” ASC 86 hasilat lisenziyası və 3 geoloji kəşfiyyat (ocümlədən sınaq istismarı) lisenziyasına malikdir. Şirkət UkraynanınSumı, Poltava, Çerniqov, Lvov, İvano-Frankovsk, Çernivtsi, Dniprovə Xarkov vilayətlərində fəaliyyət göstərir.

2025-ci ilin sentyabrın 1-i tarixinə olan məlumata görə, şirkət1 807 neft quyusu və 164 qaz quyusu istismar edib.

“Ukrnafta”nın monobrend yanacaqdoldurma şəbəkəsinə Ukraynanındemək olar ki, bütün regionlarında yerləşən 662 yanacaqdoldurmaməntəqəsi daxildir.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
50
az.trend.az

1Sources