EN

Məşhur futbolçu sərxoş halda damda YATIB

Ajana.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, “Everton” klubunda və İngiltərə millisində çıxış edən 30 yaşlı yarımmüdafiəçi dostları ilə istirahət zamanı həddindən artıq spirtli içki qəbul edib. Şahidlərin bildirdiyinə əsasən, onun vəziyyəti pisləşdikdən sonra dostları futbolçunu oyatmaq üçün müdaxilə etməli olublar.

Məlumata görə, Qriliş hazırda fevral ayında keçirdiyi ayaq əməliyyatından sonra reabilitasiya prosesindədir. Zədə səbəbindən onun cari mövsümün qalan hissəsini buraxacağı və 2026-cı il Dünya Kuboku üçün milli komandanın planlarına daxil edilmədiyi bildirilir.

Chosen
46
Ajans.az

1Sources