EN

Göygöldə qadın dəm qazından boğuldu

Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, Bəhrəmbəy kənd sakini - 1964-cü il təvəllüdlü Radə Möhsüm qızı Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Chosen
7
4
ucnoqta.az

10Sources