Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ və İran arasında vasitəçilik səylərinin davam etdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistanın vasitəçi dairələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, üz-üzə diplomatiyada nəticə əldə olunmamasına baxmayaraq, tərəflər arasında mövcud boşluqların aradan qaldırılması üçün səylər dayandırılmayıb.
Məlumata görə, vasitəçi tərəflər diplomatik kanallar vasitəsilə əlaqələrin davam etdirildiyini və müəyyən yaxınlaşma imkanlarının araşdırıldığını qeyd ediblər.
Qeyd edilib ki, hazırda rəsmi yeni görüş raundu ilə bağlı konkret tarix açıqlanmayıb, lakin prosesin tam dayandırılmadığı vurğulanır.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.